Bakı,TurkicWorld
Türkiyənin İstanbul başda olmaqla, 23 vilayətində keçirilən "Siberağ-5" əməliyyatlarında 54 nəfər saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
Jandarmanın 23 vilayətdə təşkil etdiyi “Siberağ-5” əməliyyatlarında “qanunsuz mərc, fırıldaqçılıq, İT sisteminə müdaxilə və onlayn uşaq istismarı” maddələrinə görə 54 şübhəli saxlanılıb. Onlardan 20-si həbs edilib, 24-ü barəsində məhkəmə nəzarəti qərarı verilib və xaricə çıxışlarına qadağa qoyulub. Digərləri barəsində isə məhkəmə işləri davam edir.
Əməliyyatlar nəticəsində çoxlu sayda kompüter, portativ yaddaş, mobil telefon, sim kart, xarici valyuta və türk lirəsi ələ keçirilərək müvafiq orqana təhvil verilib.







