Son dəqiqə

Türkiyə

Türkiyədə 48 qeyri-qanuni miqrant xilas edilib

Bakı, TurkicWorld

Türkiyənin Çanaqqala vilayətinin sahillərində təsbit edilən 48 qeyri-qanuni miqrant sahilə çıxarılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı paylaşım edib.

Sahil Mühafizə gəmisi "TCSG-8" və mobil radar "MORAD-8" qrupları Ayvacık sahillərində nizamsız miqrantların olduğu rezin qayığı təsbit edib.

Bölgəyə göndərilən qruplar rezin qayıqda 15-i uşaq olmaqla 48 qeyri-qanuni miqrant xilas edilib.

Miqrantlar əməliyyatlarından sonra Ayvacık Əcnəbilərin Repatriasiya Mərkəzinə təslim edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər