Son dəqiqə

Türkiyə Bosniya və Herseqovina Xorvatiya

Xorvatiyada qaçırılan Türkiyə vətəndaşı ilə bağlı qurumlarla danışıqlar aparılıb

Bakı, TurkicWorld

Xorvatiyada qaçırılan Türkiyə vətəndaşı ilə bağlı qurumlarla danışıqlar aparılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Koordinasiya və Dəstək Mərkəzinin X sosial media hesabında paylaşım edilib.

“Muhammed Çolak adlı vətəndaşımızın Xorvatiyada naməlum qrup tərəfindən fidyə müqabilində qaçırıldığı barədə nazirliyimizə daxil olan məlumat əsasında dərhal Xorvatiya, Bosniya və Herseqovina səlahiyyətliləri ilə əlaqə saxlanılıb.” – deyə paylaşımda qeyd edilib.

Bildirilib ki, məsələ yaxından izlənilir və baş verənlərlə bağlı vətəndaşın ailəsi mütəmadi olaraq məlumatlandırılır.

Xatırladaq ki, Türkiyə vətəndaşı Muhammed Çolakın dəstə tərəfindən qaçırılaraq ölümlə hədələndiyi iddiası sosial mediada gündəmə gəlib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər