Bakı, TurkicWorld
Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsədin arasında keçiriləcək görüşə ev sahibliyi etməyə hazırdır.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlama verib.
"Biz həmişə Moskvada görüşlərin keçirilməsinə hazırıq. Eyni zamanda rəsmi Ankara və Dəməşq arasında rəsmi nümayəndələrin görüşlərinə də.” – deyə o qeyd edib.
Boqdanov bildirib ki, İran və İraq da Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına böyük maraq göstərir.
Hafiz Rufizoğlu