Bakı, TurkicWorld
Nike şirkəti Türkiyədə gömrük qanunvericiliyində edilən dəyişikliklərə görə alış-verişin mümkün olmadığını deyib.
TurkicWorld xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən idman geyim markası Nike, cümə günü internet saytında yayımlanan açıqlamada Türkiyədəki onlayn satışlarını dayandırdığını elan etdi.
Şirkət Türkiyədə gömrük qanunvericiliyində son dəyişikliklərə görə sifarişlərini dayandırdığını və bu dəyişikliyin alış-veriş təcrübəsinə təsirini araşdırdığını bildirib.
Proses üçün üzr istədiklərini vurğulayan Nike, sifarişlərinin problemsiz bir şəkildə çatmasına zəmanət verə bilməyəcəklərini deyib.
Qeyd edək ki, Türkiyədə 6 avqust tarixli Rəsmi Qəzetdə dərc olunan qərarla Avropa İttifaqı (Aİ) ölkələrindən gələn dəyəri 30 avronu keçməyən məhsullara tətbiq edilən gömrük vergisi 18%-dən 30%-a qaldırıldı.
Eyni zamanda, 1500 avrodan çox olmayan əczaçılıq məhsulları üçün də eyni tarifin tətbiqi qərara alınıb.
Bu məhsullar Aİ xaricindəki digər ölkələrdən gələrsə, hər alış üçün 60 % vergi alınacaq.
Əvvəllər “qiyməti 150 avronu keçməyən mallar” olaraq müəyyən edilən qərar 30 avro olaraq dəyişdirilib.