Son dəqiqə

Metin Gürak

Türkiyənin Baş Qərargah rəisi İngiltərəli həmkarı ilə görüşüb

Bakı,TurkicWorld

Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak İngiltərə Baş Qərargah rəisi admiral Tony Radakin ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSK) X sosial media hesabından paylaşım edilib.

“İngiltərənin Baş qərargah rəisi Oramiral Tony Radakinin rəsmi qonağı olaraq, hal-hazırda İngiltərədə olan Türkiyənin Baş qərargah rəisi Metin Gürak hərbi mərasimlə qarşılanmışdır”,-deyə paylaşımda qeyd olunub.

Qarşılama mərasimindən sora ikili görüşmələr baş tutmuşdur.

Mövzuya görə xəbərlər