Türkiyənin Baş qərargah rəisi Gürak, Qətərli həmkarı ilə görüşüb

Türkiyənin Baş qərargah rəisi Gürak, Qətərli həmkarı ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Qətər Baş Qərargah rəisi general-leytenant Salem Bin Hamad Əl-Aqeel Əl-Nabet ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, Baş Qərargah rəisi Gürak rəsmi qonağı kimi Ankarada olan Əl-Aqeel Əl-Nabeti rəsmi mərasimlə qarşılayıb.

Hər iki ölkənin himnləri səsləndirildikdən sonra Əl-Aqeel Al-Nabet fəxri qarovul dəstəsini salamlayıb.

Mərasimdən sonra Baş Qərargah rəislərinin mətbuata qapalı təkbətək və nümayəndə heyətləri arası görüşü keçirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_