Son dəqiqə

Türkiyə Adana

Adanada ictimai asayişi qorumaq məqsədilə əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda həyata keçirilən ictimai asayiş tədbirləri zamanı 46 sənədsiz silah ələ keçirilib, 26 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, Seyhan İlçə Təhlükəsizlik Müdürlüyü qrupları 29 İyul-4 Avqust tarixləri arasında ictimai asayişi qorumaq üçün əməliyyatı həyata keçirib.

Polis qrupları tərəfindən aparılan yoxlamalar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 247 nəfər də tutulub.

Əməliyyatlar zamanı axtarışda oolan dörd xarici vətəndaş saxlanılıb, altısı isə Repatriasiya Mərkəzinə təhvil verilib.

Mövzuya görə xəbərlər