Son dəqiqə

Türkiyə Ali Yerlikaya Siberağ əməliyyatları

Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyənin 26 şəhərində kibercinayətkarlara qarşı həyata keçirilən "Siberağ-4" əməliyyatında 86 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.

Şübhəlilərin "xüsusi oğurluq və dələduzluq, bank və kredit kartlarından sui-istifadə, qanunsuz mərc oyunları və onlayn uşaq istismarı" maddələrinə görə saxlanıldığı və hesablarında aparılan araşdırmalar nəticəsində 91 milyon 400 min TL məbləğində əməliyyat aparıldığı müəyyən edilib.

Əməliyyatlar nəticəsində sənədsiz silahlar, çoxlu sayda kompüter, saxta sürücülük vəsiqələri və rəqəmsal materiallar ələ keçirilərək müvafiq qurumlara təhvil verilib.

Mövzuya görə xəbərlər