Bakı,TurkicWorld
Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar HƏMAS lideri İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı başsağlığı mesajı yayımlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Bayraktar X sosial media hesabında paylaşım edib.
“Bütün dünya xalqlarının qəlbində böyüyən Fələstin müqaviməti barbar sionistlərə qarşı mübarizəsini davam etdirəcək. Gec-tez yaxşılar qalib gələcək”,- deyə Bayraktar bildirib.
Qeyd edək ki, gecə saatlarında HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına atılan raket nəticəsində ölüb. İran və HƏMAS Hərəkatı iyrənc sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkiniblər.