Bakı, TurkicWorld
İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində həyata keçirilən hava əməliyyatında 4 PKK terrorçusu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Açıqlamada zərərsizləşdirilən terrorçulardan birinin Sevkan Çele kod adlı Yusuf Kalkan olduğu və terrorçunun axtarışda olanlar siyahısında qırmızı kateqoriyalı sayıldığı bildirilib.
Yusuf Kalkanın "Silahlı Terror Təşkilatına üzv olmaq" və "Silahlı Terror Təşkilatı yaratmaq və idarə etmək" cinayətlərinə görə axtarışda olduğu müəyyən edilib.