Bakı,TurkicWorld
Türkiyə 3 illik fasilədən sonra İraqa elektrik enerjisi ixracına yenidən başlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X sosial media hesabında paylaşım edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı aprelin 22-də İraqa səfəri zamanı müşayiət edən Enerji və Təbii Sərvətlər naziri Bayraktar həm Bağdad, həm də Ərbildəki təmasları çərçivəsində həmkarları ilə mümkün əməkdaşlığı müzakirə edib.
Səfərdən 3 ay sonra iki ölkə enerji sahəsində yeni bir addım atdı.
Türkiyə 3 illik fasilədən sonra İraqa elektrik enerjisi ixracına yenidən başlayıb. İxracat Türkiyə ilə İraq arasındakı mövcud xətt vasitəsilə həyata keçirilərkən, İraqa maksimum 300 meqavat elektrik enerjisi veriləcək.
“İnkişaf Yolu Layihəsi ilə bölgəmizin firavanlığına və sülhünə töhfə verəcəyimiz qonşumuz İraqa dünəndən etibarən elektrik enerjisi ixracına yenidən başladıq”,- deyə nazir bildirib.