Son dəqiqə

Türkiyə PKK Türkiyə Silahlı Qüvvələri

Türkiyə ordusu bir həftə ərzində İraq və Suriyada 72 terrorçunu zərərsizləşdirib

Bakı, TurkicWorld

Türkiyə Silahlı Qüvvələri bir həftə ərzində İraq və Suriyada 72 PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin əvvəlindən 1427 terrorçu zərərsizləşdirilib.

"Türk Silahlı Qüvvələrimiz İraq və Suriyanın şimalında 72-si son bir həftə ərzində olmaqla, bu ilin əvvəlindən 1427 terrorçunu zərərsizləşdirib", - məlumatda deyilir.

Mövzuya görə xəbərlər