Son dəqiqə

Türkiyə QHT Maliyyə Cinayətlərinin Araşdırılması İdarəsi (MASAK)

Türkiyədə sahibsiz it probleminin pərdə arxası məlum olub

Bakı,TurkicWorld

Sahibsiz it problemi ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi ilə yanaşı ölkənin Maliyyə Cinayətlərinin Araşdırılması İdarəsi (MASAK) hazırladığı hesabatla sahibsiz küçə itləri problemini böyüdən qida lobbisinin əsl üzünü ortaya çıxarıb.

TurkicWorld məlumat verir ki, hesabatda heyvanlara yardım adı altında fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarının (QHT) heyvan qida istehsalçıları ilə əlbir olduğu bildirilib. İanə adı altında milyonlarla lirənin şirkətin kassasına getdiyi müəyyən edilib.

Hesabat çərçivəsində maliyyə həcmi 460 milyard lirə olan sektor müzakirəyə çıxarılıb.

Yeddi mindən çox şəxsin və 1500-dən çox şirkətin pul dövriyyəsi araşdırılıb. Hesabata görə lobbi dörd istiqamətdə fəaliyyət göstərir.

Bura “heyvan sevərlik” adı altında yaradılan bəzi QHT-lər, bəzi heyvan qida məhsulları istehsal edən şirkətlər, heyvan qidası və heyvan satışı ilə məşğul olan pet mağazalar həmçinin baytarlıq şirkətləri daxildir

MASAK-ın hesabatında heyvan yemi istehsalı və ticarəti ilə məşğul olan bir çox müəssisələrin heyvansevərlər dərnəyi statusuna malik QHT-lərlə əlaqələrinin olduğu müəyyən edilib.

Belə ki, baytarlıq şirkətlərinin əməkdaşları vasitəsilə yaradılan “heyvansevər birliklərə” və “yemək qutularına” gələn ianələrin sahibsiz heyvanlara deyil, bu şirkətlərə getdiyi ortaya çıxıb.

Məlumata görə, 2022-2023-cü illərdə yaradılmış özəl zoo mağazaların bəziləri birbaşa heyvansevər adlandırılan QHT-lərin rəhbərliyi altında fəaliyyət göstərib.

Vətəndaşların duyğularından istifadə etməklə yığılan pulların həcmi isə heyrət doğurur.

2021-2024-cü illərdə ən çox ianə toplayan 21 dərnəyin kassasına daxil olan pulun məbləği 205 milyon lirəyə çatıb. MASAK toplanan pulun böyük hissəsinin “yemək” əvəzinə şəxsi hesablara getdiyini müəyyən edib. 11 dərnək üzərindən həyata keçirlən istintaqda 67 milyon lirədən çox bu şəkildə qeyri-qanuni yolla əldə edilmiş gəlir aşkar edilib.

MASAK bu hesabatın nəticələri barədə Türkiyə Daxili İşlər Nazirliyinə, Vergi İdarəsinə və müvafiq Baş Prokurorluğa məlumat verib.

Mövzuya görə xəbərlər