Son dəqiqə

Türkiyə PKK terror aktı

Türkiyə İraq və Suriyanın şimalında 10 PKK terrorçusunu məhv edib

Bakı, TurkicWorld

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 10 PKK terrorçusunu məhv edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" səhifəsində məlumat paylaşılıb.

"İraqın şimalında Hakurk, Qara və "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 8 PKK terrorçu ilə Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsindəki 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Məhmətciyin nəfəsi terrorçuların ənsəsində olmağa davam edəcək", - paylaşımda deyilir.

Mövzuya görə xəbərlər