Son dəqiqə

CHP

CHP-li Bələdiyyə Başçısı 15 iyul tədbirinə qatılmayıb

Bakı,TurkicWorld

CHP Bələdiyyə Başçısı Osman Tarık Özçelik Alanyada keçirilən 15 İyul Demokratiya və Milli Birlik Günü anma tədbirinə qatılmayıb.

TurkicWorld xəbər verir ki, Antalyanın Alanya rayonunda 15 İyul Demokratiya və Milli Birlik Günü anma proqramı saat 21:00-da Hökumət Meydanında Atatürk Anıtı önündə keçirilib.

Anım tədbirlərində iştirak edən vətəndaşlara Türkiyə bayraqları paylanılıb. Bir dəqiqəlik sükutla və İstiqlal Marşının oxunması ilə başlayan tədbirdə Bələdiyyə sədrinin müavini Koçak günün məna və əhəmiyyəti haqqında çıxış edib.

Alanya Bələdiyyəsinin Mehter komandasının nümayişi və uşaqların bəstələri ilə davam edən proqram prezident Rəcəb Tayyib Ərdoğanın canlı yayımda xalqa müraciəti ilə yekunlaşıb.

Mövzuya görə xəbərlər