Son dəqiqə

Fahrettin Altun

Fahrettin Altunun yazdığı məqalə 15 ölkədə yayımlanıb

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə yazdığı məqalə 15 ölkənin qəzet, jurnal və xəbər portallarında dərc olunub.

TurkicWorld xəbər verir ki, Altunun məqaləsi İtaliya, Almaniya, Yunanısta, Çin, Rusiya, KKTC, Bolqarıstan, Bosniya və Herseqovina, Fələstin, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Malayziya, Qazaxıstan və Cənubi Koreyada dərc olunub.

Altunun “Xain çevriliş cəhdi: 15 iyul 2016” başlıqlı məqaləsi 50-yə yaxın xəbər portalında paylaşılıb.

“Təkcə Türkiyənin deyil, bütün dövlətlərin təhlükəsizliyini təhdid edən bu terror təşkilatına qarşı hər sahədə mübarizəmizi davam etdirəcəyik. Xain çevriliş cəhdindən sonra daha da güclənən bir ölkə olaraq, bundan sonra da güclənməyə davam edəcəyik. Vətəndaşlarımızın həyatını və ölkəmizin müstəqilliyini hər sahədə təhdid edən terror təşkilatına qarşı mübarizə aparırıq”,- deyə Altun məqaləsində qeyd edib.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsindən 8 il ötür. Həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb. Çevriliş cəhdi zamanı 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilib.

Mövzuya görə xəbərlər