Son dəqiqə

Türkiyə Silahlı Qüvvələri

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyat keçirib

Bakı. TurkicWorld

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyat bölgələrində 5 terrorçunu zərərsizləşdirib

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəni ən qəti şəkildə davam etdirir.

Bildirilib ki, Türkiyə ordusu İraqın şimalındakı Qəndil bölgəsində 2 PKK terrorçusunu, Suriyanın şimalında "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatları aparılan ərazilərdə isə 3 YPG terroçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

Mövzuya görə xəbərlər