Bakı,TurkicWorld
Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə Mardin İl Jandarma Komandanlığının birgə həyata keçirdiyi əməliyyatda terror təşkilatı PKK/KCK-nın İsveç qadın təşkilatının liderlərindən Zozan Baransson tutularaq deportasiya edilib.
TurkicWorld xəbər verir ki, MİT terror təşkilatı PKK/KCK üzvlərinə qarşı əməliyyatlarını davam etdirir.
İsveçin NATO-ya üzvlük prosesinə etiraz olaraq PKK/KCK-nın ölkədə həyata keçirdiyi aksiyaları təşkil edən qrupda olan Baransson həbsdə olduğu müddətdə PKK/KCK ilə əlaqəsini və təşkilat üçün təşkil etdiyi fəaliyyətləri təkzib edib.