Son dəqiqə

Türkiyə kriptovalyuta dələduzluq

Türkiyədə dələduzluqla mənimsənilən pullar kriptovalyutada ifşa edildi

Bakı.TurkicWorld:

Türkiyənin dörd vilayətində mütəşəkkil şəkildə fırıldaqçılıq və kriptovalyuta vasitəsilə 9 milyard 411 milyon lirə mənimsəyən şəbəkəyə qarşı keçirlən əməliyyat nəticəsində doqquz nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, şəbəkə cinayət yolu ilə əldə edilmiş gəlirləri informasiya sistemlərindən istifadə etməklə yuyaraq leqallaşdırmağa çalışıb.

Dünən səhər saatlarında Türkiyənin Aydın mərkəzli İstanbul, Mardin və İğdır şəhərlərində dələduzluq yolu ilə insanların pullarını mənimsəyən şəbəkəyə qarşı əməliyyat həyata keçirilib. Şəbəkə, fırıldaqçılıq yolu ilə əldə etdiyi qeyri-qanuni pul vəsaitlərini kriptovalyuta vasitəsi ilə gizlətməyə çalışıb.

Əməliyyat zamanı 9 şübhəli saxlanılıb. Digər iki şübhəlinin də tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.

Qeyd edək ki, şəbəkə çox peşəkar dələduzluq fəaliyyəti həyata keçiribdir.

Belə ki, şübhəlilər öncə saxta yola açdıqları bir çox media hesabları, internet saytları və sosial media hesabları vasitəsilə qurbanları öz şəbəkələrinə gətiribi onlarla normal söhbət edərək etibar qazanmış və bu şəkildə qurbanların şəxsi məlumatlarını və fotoşəkillərini əldə etmişlər.

Şübhəlilər daha sonra zərərçəkmişlərin ələ keçirdikləri şəxsi məlumatlarından istifadə edərək saxta rəsmi məhkəmə qərarları, iddiaları hazırlayaraq qurbanlarına göndərmiş, onları şantaj edərək pul tələb etmişlər.

Onlar cinayət yolu ilə zərərçəkmişlərdən əldə etdikləri pulları kriptovalyuta aktivlərinə çevirərək, bir çox soyuq kriptovalyuta cüzdanları ilə və xarici kriptovalyutalar arasında köçürmələrə məruz qoyaraq qarışdıraraq pulların izlərini, qeyri-leqal mənbələrini gizlətmiş, həmçinin pulların qanuni yolla əldə edildiyi təəssüratı yaradaraq küllü miqdarda pul mənimsəmişlər.

Polis orqanları tərəfindən mürəkkəb kriptovalyuta köçürmə trafikinin izlənilməsi və ətraflı texniki təhlil aparmaqla şübhəlilərin izlərini itirməyə çalışdıqları şəbəkədə gizlədilmiş kripto pul kisələri deşifrə edilmişdir. Yerli və xarici kriptovalyuta provayderləri, banklar, özəl ödəniş qurumları və internet xidmət təminatçılarından alınan məlumatlar çərçivəsində MASAK ilə koordinasiya halında aparılan araşdırmalar nəticəsində şübhəlilərin bütün əməlləri ifşa edilmişdir.

Şəbəkənin iyerarxik strukturuna daxil olan və mütəşəkkil şəkildə cinayət əməlləri törətmiş 11 şübhəli şəxsə qarşı həyata keçirilən planlaşdırılmış fəaliyyət çərçivəsində 56 zərərçəkmiş müəyyən edilmişdir.

Mövzuya görə xəbərlər