Bakı, TurkicWorld
Türkiyənin yerli və milli imkanlarla hazırladığı Bayraktar TB3 Keşanda müvəffəqiyyətlə keçirilən Yüksək Hündürlük Sisteminin Tanıma və Performans Testində yerli mühərriki ilə 36.310 fut yüksəkliyə qalxıb.
TurkicWorld xəbər verir ki, bu barədə Baykardan bildirilib.
TEI-nin yerli istehsal etdiyi PD-170 mühərriki ilə havaya qalxan PUA beləliklə daha bir kritik həddi keçib.
Bayraktar TB3 indiyə qədər həyata keçirilən sınaq uçuşlarında cəmi 445 saat 03 dəqiqə havada qalıb.
20 dekabr 2023-cü ildə həyata keçirilən uzun uçuş testində PUA enmədən əvvəl 32 saat havada qalıb və səmada 5700 km məsafə qət edib.
Məlumat üçün qeyd edək ki, Türkiyə milli aviasiya tarixində yüksəklik rekordu, 45 min 118 fut ilə Baykar tərəfindən inkişaf etdirilən Bayraktar AKINCI TİHA-ya aiddir.
Hafiz Rufizoğlu