Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi Ömər Bolat

Ömər Bolat Əlcəzairə gedəcək

Bakı,TurkicWorld

Türkiyənin Ticarət naziri Ömər Bolat 23-24 iyun tarixlərində Əlcəzairə səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib

Bolatın Şimali Afrika proqramı çərçivəsində ilk gedəcəyi ölkə Əlcəzair olacaq.

Nazir Bolatın səfəri zamanı 55-ci Beynəlxalq Əlcəzair Sərgisində Türkiyə “Fəxri qonaq” kimi iştirak edəcək. Əlcəzair Prezidenti Abdulmecid Tebbunun iştirakı ilə başlayacaq sərgidə Türkiyəni nazir Bolat, vitse-prezident Cevdet Yılmaz və ailə və sosial xidmətlər naziri Özdemir Göktaş təmsil edəcək. Sərgidə 25 ölkədən 800 iştirakçının iştirakı gözlənilir.

Proqram çərçivəsində Bolat, Yılmaz və Göktaş Dünya Türk İş Şurasının (DTİK) Türk İş Dünyası toplantısına da qatılacaq.

2023-cü ildən etibarən Əlcəzair Türkiyənin Afrika qitəsində ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 6,3 milyard dollara çatıb. Türkiyənin Afrika qitəsində ən çox investisiya yatırdığı ölkə də Əlcəzairdir.

Əlcəzairdə türk tərəfdaşları olan 1500-ə yaxın şirkət fəaliyyət göstərir. Bu şirkətlərin ümumi investisiya məbləği 6 milyard dolları keçib. Türk şirkətləri bu günə qədər Əlcəzairdə 21,3 milyard dollar dəyərində 636 layihə həyata keçirib.

Mövzuya görə xəbərlər