Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası Ömer Bolat

Əlaqələrimizi inkişaf etdirməyə qərarlıyıq – Ömər Bolat

Bakı,TurkicWorld:

Türkiyə olaraq KKTC ilə güclü əlaqələrimizi daha da inkişaf etdirməyə qərarlıyıq.

TurkicWorld xəbər verir ki, Türkiyənin Ticarət naziri Ömər Bolat X sosial media hesabında Şimali Kipr Türk Respublikasının (KKTC) maliyyə naziri Özdemir Berova ilə görüşü barədə məlumat verib.

Bolat, KKTC-də sitrus meyvələri istehsalının mövsümi şərtlərdən təsirini minimuma endirmək, istehsalı artırmaq və ixracı dəstəkləmək üçün soyuducu anbar və meyvələrin emalı investisiyaları ilə bağlı protokol imzaladıqlarını bildirib.

“İmzaladığımız müqavilələr iqtisadi və mədəni əlaqələrimizi, həm də qardaş KKTC xalqı ilə həmrəyliyimizi gücləndirəcək”,- deyə o bidirib.

Mövzuya görə xəbərlər