Bakı,TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Prezident Külliyesində rəsmi mərasimlə qarşılayıb.
TurkicWorld xəbər verir ki, Ərdoğan və qonaq prezident Mirziyoyev qarşılanma mərasimindən sonra ikitərəfli görüş keçirib.
İki lider daha sonra birgə mətbuat konfransı üçün kameralar qarşısına keçəcək.
Qeyd edək ki, Türkiyə ilə Özbəkistan arasında ticarət əlaqələrində yeni dövr yaşanır. 2016-cı ildə 1 milyard 242 milyon dollar olan ikitərəfli ticarət həcmi 2020-ci ildə 2,1 milyard dollara, 2023-cü ildə isə 3,1 milyard dollara çatıb. 2016-cı ildən əvvəl Özbəkistanın xarici ticarətində ilk 5 ölkə arasında olan Türkiyə, keçən il 5 faiz payla ölkənin 4-cü ən böyük ticarət ortağı olub.