Türkiye Ambarlı limanı

Ambarlı Limanında 28 konteyner dənizə düşüb

Bakı,TurkicWorld:

Dünən dünən saat 19.20 radələrində Ambarlı Beylikdüzü Ambarlı Limanında, yük daşıyan gəmidən 28 konteyner dənizə düşüb.

TurkicWorld xəbər verir ki, “MEDKON RIZE” adlı yük gəmisi dünən günorta saatlarında yükləməsi zamanı kranın qəzaya uğraması nəticəsində 28 konteyner dənizə düşüb.

Ambarlı Liman Rəhbərliyinin verdiyi qərarla liman müvəqqəti olaraq gəmi trafikinə bağlanıb.

Qeyd edək ki, hadisə nəticəsində ölən və ya yaralanan olmadığı bildirilib. Dənizin dibinə batan konteynerlərin bəziləri çıxarılıb, digərlərinin çıxarılması işləri isə davam edir.

Mövzuya görə xəbərlər