Bakı,TurkicWorld:
Adanada terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda saxlanılan 38 şübhəlidən 15-i həbs edilib.
TurkicWorld xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları terror təşkilatı PKK adından 21 mart və 2 aprel tarixlərində şəhərdə yolları bağlayan, molotof kokteyli və əldəqayırma partlayıcılardan istifadə edən şəxslərin tutulması üçün əməliyyata başlayıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı 1 tapança və 2 ov tüfəngi ələ keçirilib.
Qeyd edək ki, polis əməliyyatlarından sonra şübhəlilərdən 15-i növbətçi hakim tərəfindən həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.