Bakı, TurkicWorld:
30-31 may tarixlərində Çexiyanın paytaxtı Praqada keçiriləcək NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclasında Türkiyə xarici işlər naziri Hakan Fidan iştirak edəcək.
TurkicWorld xəbər verir ki, iclasda 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Sammitinə hazırlıq və bu kontekstdə NATO-nun gündəmindəki əsas məsələlər müzakirə olunacaq.
Türkiyənin NATO-nun 75-ci ildönümünə təsadüf edən Vaşinqton Zirvə toplantısındakı məqsədləri müttəfiqlər arasında müdafiə ticarətinə qoyulan məhdudiyyətləri və maneələri aradan qaldırmaq və terrorizmlə mübarizəyə dair 2023-cü il Vilnüs Zirvə toplantısında alınan qərarları müzakirə etməkdir.
Bu çərçivədə Türkiyə xarici işlər naziri Hakan Fidanın iclaslarda müdafiə sənayesi sahəsindəki sanksiyaların, məhdudiyyətlərin və maneələrin tamamilə aradan qaldırılmasının vacibliyini vurğulaması gözlənilir.