Bakı. TurkicWorld:
İsrailin Rafahda dinc insanlara qarşı vəhşicəsinə qətliamını şiddətlə qınayırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.
“Bu vəhşiliyə səssiz qalanlar törədilmiş cinayətlərə şərik kimi tarixin qaranlıq səhifələrinə düşəcəklər. İnsanlıqdan zərrə qədər də olsa payı olan hər kəsi qanunun və ədalətin müdafiəsinə qalxmağa və bu barbarlığa dərhal son qoymağa dəvət edirik.” – deyə o bildirib.
Cevdet Yılmaz qeyd edib ki, Türkiyə bütün imkanlarıyla məzlum Fələstin xalqının yanında olmağa davam edəcək.
Hafiz Rufizoğlu