Son dəqiqə

Türkiyə Fələstin İsrail Ömər Çelik Qəzza

İsrailin Qəzzadakı mülki əhalini vurması qəbuledilməzdir

Bakı. TurkicWorld:

İsrailin Qəzzadakı mülki əhalini vurması qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömer Çelik deyib.

“İsrail döyüş təyyarələrinin Qəzzada məcburi köçkün fələstinlilərin çadırlarını bombalayaraq və günahsız dinc sakinləri diri-diri yandıraraq onlara qarşı qətliamını qınayırıq.” – deyə o bildirib.

Çelik qeyd edib ki, bu soyqırım əməlləri məhkəmələrdə lazımi cəzanı alacaq.

“Beynəlxalq ictimaiyyətin bu soyqırım aktlarına son qoymasına mane olanlar bu cinayətdə şərikdirlər” – deyə o bildirib.

Xatırladaq ki, İsrail ordusu bu gün Qəzza zolağındakı məcburi köçkün fələstinlilərin olduğu çadır şəhərciyi bombalayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər