Bakı, TurkicWorld:
Türkiyənin Qahirə səfiri Salih Mutlu Şen Misirlə ən geci 5 il ərzində 15 milyard dollarlıq ticarət həcminə çatmağı hədəflədiklərini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin Qahirə səfiri Şen Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Afrika Turizm Forumunda qiymətləndirmə aparıb.
“Bu hədəfə çatmağımıza 3 amil imkan verəcək. Birincisi, Azad Ticarət Sazişinin effektiv şəkildə həyata keçirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi. İkincisi Ro-Ro xəttinin yenidən açılmasıdır .Üçüncüsü isə, yerli valyuta ilə ticarətdir”,- deyə Şen vurğulayıb.