Bakı. TurkicWorld:
Türkiyə dünyanın on peyk istehsalçısından biridir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Türkiyənin hazırda kosmosda beş rabitə, dörd müşahidə peyki var. İlk növbədə bu, bizim ehtiyacımızdır. Bu, bizə hərbi rabitə üçün, mülki rabitə üçün lazımdır. Peyklərimizin yerlilik nisbəti 90 faizə çatır. TÜRKSAT 6A peykini gələn ay ABŞ-a, oradan isə iyulda orbitə göndərməyi hədəfləyirik. Biz həmin peykin çəkdiyi şəkillərlə daha təhlükəsiz və daha keyfiyyətli əlaqə yarada biləcəyik və bundan sonra ehtiyacı olan ölkələrə ixraca başlayacağıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyənin yerli və milli peyki Türksat 6A 8 iyul tarixində kosmosa göndəriləcək.