Son dəqiqə

Türkiyə Yunanıstan Rəcəb Tayyib Ərdoğan Kiriakos Miçotakis

Yunanıstanın baş naziri Ankaraya səfər edəcək

Bakı. TurkicWorld:

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis 13 may tarixində Ankaraya səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Yunanıstan baş nazirinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Bundan əlavə, Yunanıstan mətbuatının məlumatına görə, 14 aylıq müsbət əlaqələrdən sonra iki ölkə arasında münasibətlərdə atılacaq növbəti addımlar üçün təqvim müəyyən olunarsa, bu, böyük uğur sayılacaq. İki lider iyulda NATO sammitində də görüşəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabr ayında Yunanıstana tarixi səfərindən sonra Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yunanıstanın 10 adasında Türkiyə vətəndaşları üçün yeddi günlük viza müraciətinə başlanılacağını açıqlamışdı.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər