Son dəqiqə

Türkiyə Baykar Bayraktar Akıncı

Bayraktar AKINCI dəniz hədəflərini uğurla məhv edib

Bakı. TurkicWorld:

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi ilə həyata keçirilən AKINCI Layihəsi çərçivəsində Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI PUA dənizdə hərəkət edən və sabit hədəflərə qarşı atış sınaqlarını uğurla başa vurub.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, Bayraktar AKINCI milli elektro-optik sistem və yerli mini ağıllı sursatlardan istifadə edərək dəniz hədəflərini 30 min fut yüksəklikdən uğurla məhv edib.

"Testin ilk mərhələsində Bayraktar AKINCI 30 min fut yüksəklikdən MAM-T ilə dənizdəki sabit hədəfi dəqiqliklə vurdu. Testin ikinci mərhələsində isə MAM-L ilə dənizdə üzən Albatros Pilotsuz Dəniz Vasitəsini (İDA) yenidən 30 min fut yüksəklikdən müvəffəqiyyətlə vuraraq məhv etdi", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, ilk mühərrik inteqrasiya testini 1 sentyabr 2019-cu ildə tamamlayan "Akıncı" PUA-ları ilk uçuşunu 6 dekabr 2019-cu ildə uğurla həyata keçirib. "Akıncı" ilk uçuşundan təxminən 1,5 il sonra, 29 avqust 2021-ci ildə Türkiyə Hərbi Qüvvələrinin inventarına daxil olub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər