Zeki Yiğit yenidən Türkiyə Ali İnzibati Məhkəməsinin sədri seçilib

Zeki Yiğit yenidən Türkiyə Ali İnzibati Məhkəməsinin sədri seçilib

Bakı. TurkicWorld:

Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) Baş Assambleyasında bu gün keçirilən seçkilərdə Zeki Yiğit yenidən sədr seçilib.

TurkicWorld xəbər verir ki, 7 may 2020-ci ildə dörd il müddətinə hazırkı vəzifəsinə seçilən Yiğitin səlahiyyət müddəti mayın 7-də başa çatacağından qanunvericiliyə uyğun olaraq seçki prosesinə dünən start verilib.

Ali Məhkəmə Zeki Yiğiti yenidən dörd il müddətinə sədr seçib.