Bakı. TurkicWorld:
Türkiyə Dəniz Qüvvələri Komandanlığı Dizayn Layihə Ofisi İdarəsi TCG Anadolu-dan daha böyük üçün dizayn işlərinə başlayıb.
TurkicWorld xəbər verir ki, konsept dizayn mərhələsində olan gəmiyə yerli və milli pilotlu və pilotsuz uçuş aparatlarının yerləşdirilməsi planlaşdırılır.
Bu məqsədlə aviasiya sənayesinin aparıcı şirkətləri olan Baykar və TUSAŞ ilə araşdırmalar aparılır.
Məlumata əsasən, texniki-iqtisadi əsaslandırması aparılan yeni milli aviadaşıyıcı üçün Hərbi Dəniz Qüvvələrinin müxtəlif bölmələrinin ekspert heyətinin iştirakı ilə DPO çərçivəsində 110 nəfərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrup öz təcrübə sahələrinə uyğun olaraq alt qruplara bölünərək konseptual dizayna başlayıb.
Mövcud texnoloji nailiyyətlər nəzərə alınaraq, gəmidən qalxıb enə bilən təyyarələrin və uçuş-enmə zolağının həndəsəsinin müəyyən edilməsi üçün tədqiqatlar aparılıb.