DEM partiya siyasətçiləri terrordan uzaq durmalıdırlar - Tunç

DEM partiya siyasətçiləri terrordan uzaq durmalıdırlar - Tunç

Bakı. TurkicWorld:

DEM Partiyasında siyasətlə məşğul olanlar terror təşkilatlarından uzaq durmalıdırlar.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunç deyib.

“DEM Partiyasında siyasətlə məşğul olanlar ilk növbədə özlərinə səs verənlərə hörmət etməli, bu ölkənin sülhünü, birliyini və həmrəyliyini pozmaq istəyən terror təşkilatlarından uzaq durmalıdırlar.” – deyə nazir bildirib.

O qeyd edib ki, əgər qoyulan qaydalara əməl edilməsə, demokratik hüquqi dövlətdə səlahiyyətli orqanlar işə qarışacaq.

Hafiz Rufizoğlu