İraqdan Türkiyəyə neft ixracı yenidən başlaya bilər

İraqdan Türkiyəyə neft ixracı yenidən başlaya bilər

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bağdada rəsmi səfəri nəticəsində İraqdan Türkiyəyə neft ixracı yenidən başlaya bilər.

TurkicWorld xəbər verir ki, bu barədə İraqlı ekspertlər bildirib.

"Neft daşımalarının bərpası həm İraq, həm də Türkiyə üçün faydalı olacaq. Yenidən neft satışı məsələsi R.T.Ərdoğanın İraqa səfəri zamanı keçiriləcək danışıqlardan asılı olacaq", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyə ilə İraq arasında neft ixracı ilə bağlı verdiyi qərardan sonra İraqdan Ceyhan limanına neft axını 25 mart 2023-cü ildə dayandırılıb.

Ərbil və Bağdadın hələ də neft ixracı ilə bağlı razılığa gəlmədiyi üçün İraq iqtisadiyyatının bir ildə təxminən 14 milyard dollar zərər çəkdiyi təxmin edilir.

Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də baş tutması gözlənilən İraq səfərində neft ixracının bərpasının mühüm gündəm maddələrindən biri olacağı gözlənilir.

X: Lamanasadli01