Bakı. TurkicWorld:
Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən Bayraktar TB3 Silahlı Pilotsuz Uçuş Aparatı (SIHA) sınaq uçuşlarına fasiləsiz davam edir.
TurkicWorld xəbər verir ki, bu barədə Baykar şirkəti açıqlama verib.
Həftə ərzində həyata keçirilən sınaqlarda iki prototipi uçan milli PUA-nın ümumi uçuş saatı 272 saat 47 dəqiqəyə çatıb.
Bayraktar TB3 PT-1 və PT-2 keçən həftə orta hündürlükdə sistem və dözümlülük göstəricilərinin ölçüldüyü bütün sınaqları uğurla tamamlayıb.
TUSAŞ-ın yerli istehsal etdiyi PD-170 mühərriki ilə havaya qalxan SİHA, 20 dekabr 2023-cü ildə həyata keçirilən uzun uçuş testində enişdən əvvəl 32 saat havada qalıb və səmada 5 min 700 kilometr qət edib.
Xatırladaq ki, Bayraktar TB3 ilk dəfə 26 Mart 2024-cü ildə ASELSAN tərəfindən milli olaraq hazırlanmış ASELFLIR-500 ilə uçub.
Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan ASELFLİR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sisteminin inteqrasiyası uğurla həyata keçirilib.
Hafiz Rufizoğlu