Kipr məsələsinin Türkiyə-Aİ münasibətlərindəki irəliləyişlə əlaqələndirilməsini qəbul etmirik

Kipr məsələsinin Türkiyə-Aİ münasibətlərindəki irəliləyişlə əlaqələndirilməsini qəbul etmirik

Bakı. TurkicWorld:

Kipr məsələsinin Türkiyə-AB münasibətlərindəki irəliləyişlə əlaqələndirilməsi bizim tərəfimizdən heç vaxt qəbul edilməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Aİ dövlət və hökumət başçılarının 17-18 aprel 2024-cü il tarixli Xüsusi Zirvə Toplantısının Nəticələri haqqında bəyanatında bildirilib.

"Sammitin yekunlarında vurğulanır ki, ölkəmizlə əməkdaşlıq və qarşılıqlı faydaya yönəlmiş münasibətləri inkişaf etdirmək Aİ-nin strateji maraqlarına uyğundur. Digər tərəfdən, Aİ Komissiyasının vitse-prezidenti/Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell və Aİ Komissiyası tərəfindən hazırlanan Aİ-Türkiyə münasibətlərinə dair Birgə Bildirişdəki tövsiyələrlə bağlı konkret qərarın qəbul edilə bilməməsi ciddi uyğunsuzluqdur", - deyə bəyanatda qeyd edilib.

Bəyanatda o da vurğulanıb ki, belə bir zehniyyət nə Kipr probleminə, nə də digər regional və qlobal problemlərə müsbət və konstruktiv töhfə verə bilməz.

"Namizəd ölkə Türkiyə Aİ üzvlüyünə qərarlı olaraq qalır. Bununla belə, biz əməkdaşlığımızın müəyyən sahələr üzrə məhdudlaşdırılmasını rədd edirik", - deyə bəyanatda bildirilib.

X: Lamanasadli01