Ərdoğan Tanzaniya prezidentini qəbul edəcək

Ərdoğan Tanzaniya prezidentini qəbul edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada Tanzaniya prezidenti Samia Suluhu Həsəni qəbul edəcək.

TurkicWorld xəbər verir ki, R.T.Ərdoğan və Tanzaniya prezidentinin ikitərəfli və heyətlərarası görüşlər keçirməsi gözlənilir.

Məlumata əsasən, danışıqlardan sonra iki lider mətbuat konfransı keçirəcək.

Görüşlərdə Türkiyə ilə Tanzaniya arasında əlaqələrin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar nəzərdən keçiriləcək.

Aktual qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq danışıqlar çərçivəsində müxtəlif sazişlərin imzalanması gözlənilir.

X: Lamanasadli01