Türkiyə beynəlxalq platformalarda əvəzolunmaz aktordur – Yaşar Gülər

Türkiyə beynəlxalq platformalarda əvəzolunmaz aktordur – Yaşar Gülər

​Bakı,TurkicWorld

Türkiyə həm müvafiq ölkələrdə, həm də beynəlxalq platformalarda öz bölgəsindəki böhranların qarşısının alınmasında əvəzsiz bir aktordur.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər deyib.

“Türkiyə Silahlı Qüvvələri olaraq dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə, eləcə də xoşməramlılıq çərçivəsində, xüsusilə də yaxın coğrafiyamızda qlobal təhlükəsizliyin, sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində səylərimizi artan səylə davam etdirəcəyik”, – deyə nazir Gülər bildirib.