Son dəqiqə

Türkiyə İsrail Ömər Çelik Qəzza

Bütün dünyanı TRT komandasına hücumu qınamağa dəvət edirik - Çelik

Bakı. TurkicWorld:

Bütün dünyanı TRT Arabi komandasına hücumu qınamağa dəvət edirik.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömer Çelik bildirib.

"Qəzzada çalışan jurnalistlər əslində insanlıq qarşısında böyük bir vəzifə yerinə yetirirlər. İsrail öldürməkdən çəkinmir. İsrail bununla sadəcə həqiqətlərin dünyaya çatdırılmasının qarşısını almağa çalışır. Netanyahu və komandası İsraili dünyanın ən təhlükəli ölkəsinə çevirib. İsrail bütün bölgəyə yayılacaq müharibənin başlamasını istəyir", - deyə o vurğulayıb.

Çelik onu da qeyd edib ki, Türkiyədən Qəzzaya gedən TRT, Anadolu Agentliyi və digər jurnalist dostlarımız Fələstinli uşaqların, qadınların, oradakı köməksiz insanların xəbərlərini dünyanın dörd bir yanına yayaraq böyük cəsarətlə həqiqətləri çatdırıblar.

"TRT komandasının qəsdən hədəfə alındığına şübhə etmirik", - deyə o əlavə edib.

Qeyd edək ki, Qəzzada Nuseyrat düşərgəsində yayıma hazırlaşan TRT Ərəb komandasının maşını İsrail ordusunun hücumuna məruz qalıb. Operator Sami Şahada ağır yaralanıb və əməliyyat olunub. Tank atəşindən istifadə edilən hücumda bəzi jurnalistlər yaralanıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər