PKK terrorçusu Fransadan Türkiyəyə ekstradisiya edilib

PKK terrorçusu Fransadan Türkiyəyə ekstradisiya edilib

Bakı. TurkicWorld:

PKK terror təşkilatı üzvü olduğu üçün ölkə səviyyəsində axtarışa verilən Mehmet Kopal Fransadan Türkiyəyə ekstradisiya edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyədə Baş Polis İdarəsi məlumat yayıb.

Məlumata əsasən, o, 09.04.2024-cü il tarixində Türkiyə Polis İdarəsi İnterpol-Avropol Departamenti, Kəşfiyyat İdarəsi və Xarici İşlər Nazirliyi koordinasiyası ilə həyata keçirilən əməliyyat nəticəsində ekstradisiya edilib.

X: Lamanasadli01