Bakı. TurkicWorld:
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi ilə həyata keçirilən AKINCI Layihəsi çərçivəsində Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI PUA 50 min uçuş saatını tamamlayıb.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
Xatırladaq ki, ilk mühərrik inteqrasiya testini 1 sentyabr 2019-cu ildə tamamlayan "Akıncı" PUA-ları ilk uçuşunu 6 dekabr 2019-cu ildə uğurla həyata keçirib. "Akıncı" ilk uçuşundan təxminən 1,5 il sonra, 29 avqust 2021-ci ildə Türkiyə Hərbi Qüvvələrinin inventarına daxil olub.