Bakı. TurkicWorld:
Afrika ölkəsi Burkina Faso Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi ilə həyata keçirilən AKINCI Layihəsi çərçivəsində Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI PUA-nı inventarına daxil edib.
TurkicWorld xəbər verir ki, təhvil mərasimində Burkina Faso prezidenti İbrahim Traore də iştirak edib.
“Müdafiə qabiliyyətimizi gücləndirən Bayraktar AKINCI-nı bu gün ordumuzun xidmətinə təqdim etməkdən qürur duyuruq. Ölkəmizdə AKINCI PUA-lar hətta istehsalçıları tərəfindən proqnozlaşdırılan standartlardan xeyli yüksək uğurlu performans nümayiş etdiriblər. AKINCI-lar sınaq proseslərində terrorla mübarizəmizi fəal şəkildə dəstəklədi", - deyə Traore vurğulayıb.
Bundan əlavə, Traore Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Qeyd edək ki, Burkina Faso daha əvvəl Türkiyədən Bayraktar TB2 PUA idxal edib.