İstanbulda silahlı hücum baş verib

İstanbulda silahlı hücum baş verib

Bakı. TurkicWorld:

İstanbulda naməlum şəxs və ya şəxslər otelə uzun lüləli silahlardan atəş açıb.

TurkicWorld xəbər verir ki, hadisə baş verən küçədə güllələrin bir hissəsi içərisində sərnişinlərin də yer aldığı hərəkətdə olan avtobusa dəyib.

Hücumdan sonra şübhəlilər hadisə yerindən qaçıblar.

Polis qrupları tərəfindən hücumdan sonra hadisə yerindən qaçan şəxs və ya şəxslərin tutulması üçün əməliyyat başlayıb.