İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləyirik – Türkiyə XİN

İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləyirik – Türkiyə XİN

Bakı. TurkicWorld:

İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"İsrail son zamanlar beynəlxalq hüquq pozuntularına yenisini əlavə edib. Biz bu hərəkətin bütün regiona təsir edəcək münaqişəyə çevriləcəyindən narahatıq.” – deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, tərəfləri təmkinlə hərəkət etməyə və beynəlxalq hüquqa riayət etməyə dəvət edirik.

Xatırladaq ki, 1 apreldə İranın Dəməşqdəki Konsulluq binasına edilən hava hücumunda 2-si general olmaqla İran İnqilab Keşikçiləri Ordusundan ümumilikdə 7 nəfər öldürülüb.

Hücumda ölənlər arasında altı suriyalının olduğu, ölənlərin ümumi sayının isə 13 olduğu açıqlanıb.

Hafiz Rufizoğlu