İstanbulda bombalı hücum baş verib

İstanbulda bombalı hücum baş verib

Bakı. TurkicWorld:

İstanbulda bombalı hücum baş verib.

TurkicWorld xəbər verir ki, iki naməlum şəxs bir sıra obyektlərin qarşısına əl qumbarası ataraq qaçıb.

Hadisə zamanı ölən və yaralanan olmayıb. Qumbaranın partlaması nəticəsində iş yerlərinin şüşələri sındırılıb.

Xəbərdarlıq üzərinə polis, Terrorla Mübarizə (TEM), bomba məhv qrupları əraziyə cəlb edilib.

Polis qrupları hücumdan sonra qaçan şübhəlilərin tutulması üçün işlərini davam etdirir.

Hafiz Rufizoğlu