Son dəqiqə

Türkiyə qəza

Türkiyədə yük maşını avtomobilin üzərinə aşıb

Bakı. TurkicWorld:

Türkiyənin Çankırı vilayətində yük maşınının minik avtomobilinin üzərinə aşması nəticəsində dörd nəfər həyatını itirib, ikisi polis olmaqla üç nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, hadisə yerinə çoxlu sayda tibb işçisi, polis, jandarma, polis, yanğınsöndürən və AFAD qrupları göndərilib.

Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər