Ankarada 50 CHP üzvü istefa verərək AK Partiyə dəstək olub

Ankarada 50 CHP üzvü istefa verərək AK Partiyə dəstək olub

Bakı. TurkicWorld:

Ankara şəhərində Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) 50 üzvü istefa verərək iqtidarda olan Ədalət və İnkişaf Partiyasına (AK Parti) dəstək olmaq qərarına gəlib.

TurkicWorld xəbər verir ki, yeni üzvlər AK Partinin Mamak Bələdiyyə Başçısı namizədi Dos. Dr. Asım Balcıya dəstək olmaq qərarına gəliblər.

Qeyd edək ki, sabah Türkiyədə keçiriləcək yerli özünü idarəetmə orqanlarına seçkilərdə 61 milyon 441 mindən çox seçici səs verəcək. 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparacaq.

Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulacaq.

Seçkilərin təbliğat prosesi bu gün Türkiyə vaxtı ilə saat 18.00-da, seçki qadağaları isə sabah saat 23.59-da başa çatacaq.

X: Lamanasadli01